Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Kriminal / Məktəb həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət etdi – Polisə aparıldı

Məktəb həyətində şagirdlərə qarşı əxlaqsız hərəkət etdi – Polisə aparıldı

Dünən saat 08:00 radələrində “Məktəblinin dostu” layihəsinin fəaliyyət göstərdiyi 211 nömrəli tam orta məktəbin şagirdləri onlara qarşı əxlaqsız hərəkət və təkliflər edən orta yaşlı kişi barəsində məktəblinin dostlarına xəbər veriblər. 

“Qafqazinfo” xəbər verir ki, həmin şəxsin video görüntüləri məktəbin təhlükəsizlik kameralarında da qeydə alınıb. Daha sonra eyni şəxs saat 9:30 radələrində 9 nömrəli tam orta məktəbin həyətində görünüb.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal məktəb ərazisində olan şəxs barəsində polisə məlumat verilib. Əraziyə gələn polis əməkdaşları sözügedən şəxsi saxlayaraq, 19-cu polis bölməsinə aparıblar.

Eyni zamanda,  foto və video görüntülər polis əməkdaşlarına təqdim edilib.

Həmçinin oxuyun

Qayınatasını döyən çempiona hökm oxundu

Qayınatasını beşbarmaqla döyməkdə təqsirləndirilən, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub.  “Qafqazinfo”nun verdiyi …