Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Məhkəmədən Hakan Şükürlə bağlı qərar

Məhkəmədən Hakan Şükürlə bağlı qərar

Sabiq türkiyəli futbolçu və millət vəkili Hakan Şükürü sosial mediada təhqir etdiyi iddiası ilə cəzalandırılan Yusuf Varol qərara etirazını bildirib.

“ Azinforum.az ” Posta-ya istinadən xəbər verir ki, Ankara Məhkəməsi etirazı dəyərləndirib və qərarı ləğv edib.

Y.Varol haqqında yeni hökm çıxarılıb. Yeni qərara əsasən ona pul cəzası verilib.

Xatırladaq ki, H.Şükür 15 iyul çevrilişə cəhd hadisələrindən sonra ABŞ-a qaçaraq orada yaşamağa başlayıb.

Y.Varol bu hadisələrdən sonra ona sosial mediada “şərəfsiz” dediyi üçün məhkəməyə verilmişdi. Məhkəmədə isə onun haqqında 3 ayda 2 ilə qədər həbs tələb edilirdi.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …