Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Kriminal / Məhkəmə Rasim Məmmədovun xanımının məktəbi ilə bağlı qərar çıxardı

Məhkəmə Rasim Məmmədovun xanımının məktəbi ilə bağlı qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində “Baku Steel Company” QSC-nin Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) və “İrsi Qrup” MMC-yə qarşı iddiasına baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Mediasiya haqqında” qanunun 21.9-cu maddəsində göstərilən hallar üzrə ərizə baxılmamış saxlanılıb.

Qeyd: “Baku Steel Company” QSC Bakı Oksford Məktəbi və “İrsi Qrup” MMC-ni məhkəməyə verərək müqavilənin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb.

Xatırlatma: Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. Rasim Məmmədov özü də uzun illər “Baku Steel Company”nin rəhbəri olub. Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir. Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir.

Qeyd: Rasim Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. 185 milyon manatlıq yeyintidə təqsirli bilinən R.Məmmədov 14 il müddətə azadlıqdan məhrum edilib.

Həmçinin oxuyun

143 milyon mənimsəyənlərin məhkəməsi dövlət sirlərinə görə qapalı keçiriləcək

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi …