Şənbə , Dekabr 10 2022
Ana səhifə / Kriminal / Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verdi

Məhkəmə polkovnik Elnur Məmmədovla bağlı qərar verdi

Müdafiə Nazirliyinin şikayəti üzrə həbs edilmiş ehtiyatda olan polkovnik Elnur Məmmədov barəsindəki hökmdən şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.Qərara əsasən şikayət təmin olunmayıb. Polkovnik barəsindki birinci instansiya məhkəməsinin hökmü düyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, bir müddət əvvəl Elnur Məmmədov sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovu tənqid edərək, bir sıra iddialar irəli sürmüşdü.

Müdafiə Nazirliyi isə Elnur Məmmədovun nazirliklə bağlı iddialarının doğru olmadığını bildirmişdi.

Sonradan Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev ehtiyatda olan polkovnik Elnur Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayət verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. APA

Həmçinin oxuyun

“Tariyel Qurbanovu şantaj etməsini bilməmişəm”- YENİ DETALLAR

Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər …