Ana səhifə / Kriminal / Məhkəmə Elşad Kəlbəliyevlə bağlı yüngülləşdirici halları nəzərə almayıb hökm verdi

Məhkəmə Elşad Kəlbəliyevlə bağlı yüngülləşdirici halları nəzərə almayıb hökm verdi

Novxanı-Sumqayıt yolunda baş verən qəzaya görə təqsirləndirilən iş adamı, Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E.Kəlbəliyev ehtiyatsızlıqdan iki və daha çox adamı öldürməkdə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.
Yekun hökmdən bəlli olub ki, Elşad Kəlbəliyevlə bağlı ibtidai istintaqın gəldiyi nəticə məhkəmə istintaqında öz təsdiqini tapmayıb. Məhkəmənin gedişində məlum olub ki, Elşad Kəlbəliyevin qəza zamanı sərxoş deyil, anlaqlı vəziyyətdə olub. Bundan əlavə, zərərçəkənlərin heç biri Elşad Kəlbalıyevdən şikayətçi olmadığı halda və onun ilk məhkumluğu, himayəsində azyaşlı uşaqların olması, ciddi xeyriyyəçilik göstərməsi yüngülləşdirici hal kimi nəzərə alınmayıb. Məhkəmə i sanki notariat rolunu oynayaraq, ittiham tərəfinin istədiyi 9 il cəzanı təsdiqləməklə kifayətlənib. Adətən məhkəmə praktikasından məlumdur ki, məhkəmə yekun hökmdə prokurorun tələb etdiyindən az cəza istəyir. Təəssüf ki, Elşad bəylə bağlı yekun hökmdə biz bu ədalətin şahidi olmadıq. Yəqin ki, daha yuxarı məhkəmə instansiyaları bütün bu amilləri nəzətə alıb, daha ədalətli qərar qəbul edəcəklər.

Azinforum. az

Həmçinin oxuyun

“Baş müstəntiqlə ikilikdə olan zaman xahiş etdim ki…” – İlkin Süleymanov

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən …