Cümə , Oktyabr 30 2020
Ana səhifə / Kriminal / “Məhkəmə barəsində heç nə bilmirəm…” – Xəlil Rzanın həyat yoldaşı…

“Məhkəmə barəsində heç nə bilmirəm…” – Xəlil Rzanın həyat yoldaşı…

Mətbuatda mərhum şair Xəlil Rzanın ailə üzvlərinin məhkəmə işinə baxılması ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, mərhum şairin gəlini və nəvəsi “Dəmirbank”ın “Bayıl” filialının müdiri tərəfindən aldadılıb. Və pulları mənimsənilib.
 
Moderator.az məsələ ilə bağlı X.Rzanın həyat yoldaşı Firəngiz Xəlilova ilə əlaqə saxlayıb. Firəngiz xanım bildirib ki, məsələdən xəbərsizdir:
“Bu məsələ barədə mən heç nə bilmirəm. Nəşriyyatda kitab işlərinə başım qarışıb. Bu günə kimi 66 kitab çıxartmışam. İndi də gündəliklərin çapıyla bağlı “Yazıçı” nəşriyyatına müraciət etmişəm. Mənim vaxtım yoxdur belə xırda-para işlərlə məşğul olmağa”.
Qeyd edək ki, 2017-ci ilin sonunda lisenziyası ləğv olunan “Dəmirbank”ın “Bayıl” filialının müdiri, 32 yaşlı Fərəh Rəşadətli üç aydır ki, həbsdədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır. Bankın filial müdirinin özü ilə yanaşı, xəzinədar olmuş 31 yaşlı Tamamgül Xanlarova və bankın daha bir əməkdaşı, 28 yaşlı Fariz Qarayev də müttəhimlər kürsüsündədir. Amma onlar həbsdə deyil.
Rəşadətli və daha iki işçisi 8 əmanətçinin banka əmanət kimi qoyduğu pulların mənimsənilməsi, sənədlərə yalan məlumatlar yazılması, dələduzluq kimi əməllərdə günahlandırılır. Zərərçəkmişlərdən 7 nəfər də bir-biri ilə qohum olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklərin çapıyla məşğul olan “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin təsisçisi və baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundovun (özü və ailəsi, digəri isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün ailəsidir.
İttihama görə, “Dəmirbank”da əmanətlərin mənimsənilməsi nəticəsində Bəhruz Axundova 400 min, onun həyat yoldaşı Əzizə Axundovaya 1 milyon 155 min, qızı Pərvanə Əliyevaya 400 min, oğlu Tural Axundova 395 min, gəlini Gülnur Axundovaya 300 min ziyan dəyib.
Daha iki zərərçəkmişin biri – Sevda Xəlilova Gülnurun anası, Firəngiz Xəlilova isə bacısıdır. Onlar Xəlil Rzanın gəlini və nəvələridir. S.Xəlilova 300 min manat, qızı Firəngiz isə 150 min dollar ziyana düşüb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …