Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Lukoil” benzinin qiymətini qaldırır

“Lukoil” benzinin qiymətini qaldırır

“Lukoyl” şirkəti Rusiyada aksiz vergisinin artımını nəzərə alaraq benzinin qiymətini bahalaşdıracaq.

Bunu “Lukoyl” şirkətinin vitse-prezidenti Vladimir Nekrasov deyib.

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti 1 litr üçün azı 2 rubl artırılmalıdır: “Biz 15 milyon ton neft məhsulunu daxili bazarda satırıq. Aksiz vergisinin artımı ilə əlaqədar olaraq biz 1 yanvardan bu yana 30 milyard rubl itirdik. 1 apreldə aksizlərin artımı nəticəsində biz daha 30 milyard rubl itirəcəyik”.

Rusiya Energetika Nazirliyindən isə bildirilib ki, vergi yükünün artırılması yanacağın dəyərinə təsir etməyəcək.

Baku.ws “Lukoil-Azərbaycan” şirkəti ilə əlaqə saxlayaraq benzinin bahalaşması qərarının Azərbaycan bazarına şamil olunub-olunmayacağını öyrənməyə çalışıb. Şirkətdən bildirilib ki, “Lukoil”in bu qərarı yalnız Rusiya bazarına aiddir: “Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satış qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir”.

Sayt benzinin qiymətinin ucuzlaşması ilə bağlı təkliflərə münasibət öyrənmək üçün Tarif Şurası ilə də əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, yanacağın qiyməti ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb: “Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın