Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Lotu Qulinin yeni görüntüləri üzə çıxdı – VİDEO

Lotu Qulinin yeni görüntüləri üzə çıxdı – VİDEO

Çernoqoriyada həbs olunduğu barədə məlumat yayılan azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) yeni görüntüləri ortaya çıxıb.

Baku.tv-nin əldə etdiyi kadrlarda çəkilişi aparan şəxs Lotu Quliyə “bəs deyirdilər tutulub, nə oldu?” sualını verir.

Masa arxasında əyləşən “kriminal avtoritet” isə suala gülüşlə cavab verir.

Qeyd edək ki, azərbaycanlı avtoritet ötən gün Çernoqoriyanın Podqoritsa şəhərinin hava limanında Rusiya Federasiyasının sorğusu əsasında “İnterpol” tərəfindən saxlanılıb.

Lakin Podqoritsa məhkəməsi Rusiyanın irəli sürdüyü ittihamları qəbul etməyərək, həmin ittihamlarda göstərilən cinayətlərin baş verdiyi tarixdə Lotu Qulinin Azərbaycanda həbsdə olduğunu bildirib.

Məhkəmə qərarından sonra Lotu Quli sərbəst buraxılıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …