Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin yaxın adamı Türkiyədə öldürüldü – İlkin VERSİYA

“Lotu Quli”nin yaxın adamı Türkiyədə öldürüldü – İlkin VERSİYA

Dünən Türkiyədə 59 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə Antalya vilayətinin Kəmər rayonunda baş verib.

Onun yanında olan 27 yaşlı övladının isə ayağından yaralandığı bildirilir.

İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi “Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.

“Giya Kutaiski” oğru ənənələrinin ciddi tərəfdarı və öz nəslinin ən parlaq nümayəndələrinin biri kimi “köhnə məktəb”in şagirdi hesab edilirdi. Son zamanlar oğru qruplaşmaları arasında gedən qarşıdurmaların qurbanı olan avtoritetlərdən fərqli olaraq, Zviadadzenin reputasiyasına zərər dəyməmişdir.

Həmçinin onun azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olduğu deyilir. Məlumata görə, yanvarın sonunda “Quli”nin İstanbuldakı iqamətgahında təşkil edilən “sxodka”sını da məhz “Giya Kutaiski” idarə edib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …