Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT-FOTO

Lotu Qulinin Rusiya “valisi” niyə həbs edilib? – ŞOK TƏFƏRRÜAT-FOTO

Lotu Qulinin Rusiyanın Ural regionu üzrə “valisi” Rəhman Abdullayevin həbsinin bəzi təfərrüatları məlum olub.

Musavat.com-un yerli KİV-lərə istianadən hazırladığı məlumata görə, Çelyabinsk polisi son on ildə bu “çəkidə” avtoriteti həbs etməmişdi. Məlumata görə, Rəhman Abdullayev nəinki Çelyabinsk, qonşu Tümen və Sverdlovsk vilayətlərinə də Quli tərəfindən nəzarətçi təyin edilmişdi. Rəhman regionun bütün bazarlarına haqq qoymuşdu. Hətta regionun ən böyük meyvə-tərəvəz bazası olan və Yekaterinburqda yerləşən “4-cü baza” (müqayisə üçün deyək ki, bu baza Ural regionunun ən böyük meyə-tərəvəz bazasıdı – musavat.com) uğrunda mübarizədə belə əvvəl kürd klanını, sonradan isə Röşvən Lənkəranskinin adamlarını vurub sıradan çıxarmışdı.

Bəziləri səhvən Lotu Qulinin adamı kimi İlham Osmanovu göstərirdilər. Amma elə deyil. Osmanov Ded Xasanın bacısı oğlu Temuri Mirzoyev (Timur Sverdlovski)  tərəfindən regiona “smotryayuşi” təyin olunmuşdu. Timurun ölümündən sonra isə kürd klanı xeyli zəiflədi.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən yerli KİV-lərə daxil olan məlumata görə, 2015-ci ildə haqqında şərti cəza çıxarılan Abdullayevi adi inzibati hüquq pozuntusuna qarışdığına görə, onu hər an həbs edə bilərdilər. “Rəhman Abdullayevi isə adi məişət mübahisəsinə görə saxlayıblar. Bir azərbaycanlı 300000 rubla öz həmyerlisinə maşın satıb. Maşın xarab çıxıb. Arada pul üstündə mübahisə düşüb. Zərərçəkən də Rəhmana müraciət edib. O da həmin adamdan pulu tələb edib. Abdullayevi müdafiə etmək fikrindən uzağam. Amma maşın söhbəti inandırıcı deyil”, – deyə mənbə bildirib.

Başqa bir mənbənin bildirdiyinə görə isə Rəhman Abdullayev barəsində həbs qərarını Rusiya DİN Çelyabnisk vilayəti baş idarəsinin cinayət axtarış şöbəsinin rəisi Rinat Kamaləddinov verib.

“Bu Rinatın öz təşəbbüsü olub. Neçə vaxtdı işində yol verdiyi nöqsanlara görə vəzifəsindən gedəcəyi və ya başqa kiçik vəzifəyə keçiriləcəyi ilə bağlı söhbətlər gəzir. Bu cür kriminal avtoritetin həbsiylə isə xilas olacağını düşünür. Amma yanılır”,- deyə mənbə bildirib.

70026650-abda-49da-af78-388b519efac2.jpg (46 KB)

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …