Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin qardaşının adamları Ukraynada saxlanıldı – VİDEO

“Lotu Quli”nin qardaşının adamları Ukraynada saxlanıldı – VİDEO

Ukraynanın Odessa vilayətində kriminal qruplaşmanın üzvləri saxlanılıb.

Bu barədə Odessa vilayətinin Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər azərbaycanlı mərhum “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiq Səlifovun (“Namiq Bakinsiy”) göstərişi ilə hərəkət ediblər.

Rəsmi məlumatda bildirilir ki, cinayətkar qruplaşma süni münaqişə vəziyyətləri yaradıblar, onların həlli üçün zərərçəkmişlərdən külli miqdarda pul tələb ediblər. Onlar ödəniş etmədikləri halda insanları zorakılıq, işgəncə və fiziki zorakılıqla hədələyiblər.

Ukrayna Təhlükəsizlik Şurasının Odessa vilayətindəki ofisi həmin şəxslərin saxlanılma anının görüntülərini də yayıb.

Qafqazinfo

https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fssu.odesa%2Fvideos%2F623411532636960%2F&show_text=0&width=560

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …