Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / “Lotu Quli”nin kirvəsinə 3 il cəza verildi

“Lotu Quli”nin kirvəsinə 3 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazova 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb.

O, qanunsuz olaraq odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitənin dövriyyəsində ittiham edilir. M.Namazov özünü təqsirli bilmədiyini deyib.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …