Çərşənbə , May 22 2019
Ana səhifə / Kriminal / Lotu Qulinin dostu vəzifədən getdi – FOTO

Lotu Qulinin dostu vəzifədən getdi – FOTO

Yekaterinburqun indiki meri Yevgeni Royzman vəzifəsindən gedir.
Cebhe.info xəbər verir ki, o, artıq istefası barədə açıqlama yayıb.
“Twitter” bloqunda bu barədə yazan Royzman qərarını şəhərdə artıq mer seçilməyəcəyi ilə əlaqələndirib. Sözügedən qərar ötən ilin aprelində qəbul edilib və bu il 16 apreldə qüvvəyə minib. Bundan sonra meri namizədlər sırasından xüsusi komissiya seçəcək və yerli qanunverici orqanda səsə qoyulacaq.
Royzman isə bu qərarı şəhərin maraqlarının “satılması” kimi dəyərləndirir.
Xatırladaq ki, Royzman kriminal aləqələrilə dəfələrlə gündəmə gəlib. Bəzi məlumatlara görə, mer seçkisində azərbaycanlı “qanuni oğru” Lotu Qulinin yaxın adamları fəallıq göstərərək səslərə təsir imkanından yararlanıblar. Hətta bir qrup azərbaycanlı avtoritetin bu məqsədlə görüşlər keçirdiyi barədə də məlumatlar yayılıb. Royzman isə Lotu Quli ilə dostluğunu inkar etməyib. Üstəlik Yekaterinburq Lotu Qulinin təsir imkanlarının çox olduğu ərazilərdən hesab edilib.

Həmçinin oxuyun

Bakıda gənc qız 7 minə yaxın pul götürərək evdən qaçdı

Bakıda 24 yaşlı qız itkin düşüb. Unikal.org xəbər verir ki, Xətai rayonu, Neapol küçəsi, ev 5, …