Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Lotu Qulinin daha 30 adamı belə TUTULDU: Aralarında məşhur “vor zakon” da var (FOTOLAR)

Lotu Qulinin daha 30 adamı belə TUTULDU: Aralarında məşhur “vor zakon” da var (FOTOLAR)

Ukraynanın güc strukturları azərbaycanlı “vor zakon” Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.
Unikal.org-un əldə etdiyi məlumata görə, Ukraynanın Kirovoqradskiy bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun (“Lotu Quli”nin) kriminal klanının 30 nəfər üzvü “oğru sxodkası” keçiriblər.
Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.
Sxodka “məşhur hüquqşünas” ləqəbli “vor zakon” “Xoxol”un rəhbərliyi ilə keçirilirmiş.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl də “Lotu Quli”nin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atırmış.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …