Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Kriminal / “Lotu Quli”nin cənazəsi ailəsinə təhvil verildi – Video

“Lotu Quli”nin cənazəsi ailəsinə təhvil verildi – Video

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Lotu Quli”nin xeyli sayda tanışı morqun önünə gəlib. Cənazə təhvil alınıb və İstanbula aparılıb.

Nadir Səlifovun yaxın qohumu Bəxtiyar Muradov bildirib ki, Türkiyə dövlətinə inanırlar və yaxın zamanda hadisəni törədənlərin layiqli cəza alacaqlarına əmindirlər. 

“Yaşananlar bizi çox üzdü. Türk dövlətinə tam güvənirik. Sürücüsü və mühafizəçisi saxlanılıb” – deyə o əlavə edib.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …