Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin adamları belə saxlanıldı – Video

“Lotu Quli”nin adamları belə saxlanıldı – Video

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

“Qafqazinfo”nun “Faktı” nəşrinə istinadən xəbərinə görə, dəstəyə “Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və “Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib. 

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və “Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …