Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / “Lotu Quli”ni öldürmək üçün gedən killerlər briqadasının 7 üzvü həbs edildi

“Lotu Quli”ni öldürmək üçün gedən killerlər briqadasının 7 üzvü həbs edildi

İstanbulda “Lotu Quli”ni öldürmək üçün hərəkətə keçən və rəhbəri Andri Malyi adına saxta şəxsiyyət vəsiqəsinə sahib olan Quram Çıkladzenin olduğu “Rusiya mafiyası”na məxsus 7 nəfərdən ibarət dəstə həbs edilib.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb.

Bildirilir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın 6-da Sarıyer, Kağıthane və Gaziosmanpaşa bölgələrində keçirilən əməliyyatlar zamanı yaxalanan mütəşəkkil cinayətkar qrupun üzvləri – 1 Rusiya, 9 Azərbaycan, 5 Gürcüstan və 2 Ukrayna vətəndaşı prosedurlar tamamlandıqdan sonra Bakırköy Məhkəməsinə təhvil verilib. Prokurorluq ifadələri alınan şübhəlilərdən 16-sı barəsində həbs qərarının çıxarılması tələbi ilə işi məhkəməyə göndərib. Araşdırmadan sonra bir nəfər sərbəst buraxılıb.

Çıkladze də daxil olmaqla 7 şübhəli Bakırköy məhkəməsinin hakimi tərəfindən “cinayət törətmə məqsədi ilə təşkilat qurma”, “cinayətkar təşkilata üzv olma”, “qəsdən adam öldürməyə cəhd etmə”, “6136 saylı qanuna qarşı çıxma” ittihamları ilə həbs olunublar. Digər 9 şübhəli isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.

Saxlanılan şübhəlilərin 2016-cı ildə İstanbulda Azərbaycan vətəndaşı Rövşən Canıyevin öldürülməsində günahkar bildikləri “Lotu Quli” ləqəbli Nadir Səlifovu öldürmək üçün İstanbula gəldikləri iddia edilir. Bundan əlavə, şübhəli şəxslərin, o cümlədən, cinayətkar dəstənin rəhbəri Quram Çıkladzenin, 22 dekabrda Beşiktaşdakı bir kafedə Səlifova yaxın olduğu iddia edilən Azərbaycan vətəndaşını döydüyü və bıçaqladığı da müəyyən edilib.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …