Ana səhifə / Kriminal / “Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

“Lotu Quli”ni Mübariz Mənsimovu öldürmək üçün Türkiyəyə gətirdilər…” – VİDEO

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn türkiyəli mafiya başçısı Sedat Peker “Youtube” sosial şəbəkəsində növbəti video-müraciətini yayıb.
Sedat Peker əvvəlki video-müraciətində olduğu kimi bu dəfə də “Palmali” şirkətlər qrupunun başçısı Mübariz Mənsimovdan bəhs edib.
Sedat Peker iddia edib ki, azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Sələfovu Türkiyəyə Mübariz Mənsimovu öldürmək üçün gətiriblər.
Mafiya başçısı bildirir ki, Nadir Sələfov polis əməkdaşının öldürülməsi cinayətinə görə Türkiyədən deportasiya olunub. Peker Nadir Sələfovun Türkiyəyə sabiq daxili işlər naziri Mehmet Ağar tərfindən gətirildiyini və məqsədinin Mübariz Mənsimovu öldürtmək olduğunu deyir.
Sedat Peker daha sonra qeyd edir ki, “Lotu Quli” Türkiyədə saxlanılan zaman onu həbsdən Mehmet Ağarın zəngi ilə azad ediblər. Peker “Lotu Quli”nin ölümündə də Mehmet Ağarın əlinin olduğunu söyləyib.
Qeyd edək ki, “Lotu Quli” 2017-ci ildə həbsdən azad olunduqdan sonra Türkiyəyə köçüb. 2020-ci ildə Türkiyədə öldürülən “Lotu Quli”nin bir neçə dəfə Sedat Pekerlə görüşdüyü barədə mətbuatda məlumatlar yayılıb.
Xatırladaq ki, əvvəlki 2 video müraciətdə Peker bildirib ki, Mübariz Mənsimovun həbsində  Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağar yaxından iştirak edib: “Sən saxlanılanda həbsxana boşaldılmadımı? Kamerada mühafizə polisləri səninlə birlikdə yatmadımı? Mübariz Mənsimov sənin üçün orada cakkuzi hazırlatmadımı? Orada yatırsan deyə helikopter eniş zolağı tikilmədimi? Sən orada özünü rahat hiss et deyə Türkiyənin böyük iş adamlarını Mübariz helikopterlə ora gətirmədimi? Sən isə Mübarizi həbs etdirib mallarını əlindən aldın”.
Onu da bildirək ki, Peker yayımladığı ilk video-müraciətdə də Mübariz Mənsimovdan danışmışdı. O, “Sən heç bir şey deyilkən Mübariz sənə kömək etdi, öz yanında iş verdi, pul verdi. Sən isə gedib bəzi şəxslərlə əlaqə qurub dünyanın ən dəyərli adamı Mənsimovu həbs etdirdin. Sonra Bodrumdakı milyard dollarlıq mülkünü ələ keçirdin. Mübarizin cinayətkar olduğuna dəli belə inanmaz” – deyə bildirmişdi.

Həmçinin oxuyun

Güllələnmiş Elmar Vəliyevdən ilginc xəbərlər: “10 günədək…”

Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı …