Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Kriminal / “Lotu Quli” və “Lənkəranski”nin tərəfdarları arasında atışma – Video

“Lotu Quli” və “Lənkəranski”nin tərəfdarları arasında atışma – Video

Rusiyanın Tümen şəhərində iki silahlı qrup arasında atışma olub, bir nəfər ağır yaralanıb.

Rusiya KİV-ləri xəbər verir ki, atışan tərəflərin hər ikisi azərbaycanlılardır. Onların “Lotu Quli” və “Rövşən Lənkəranski”nin (hazırda heç biri sağ deyil,-red.) tərəfdarları olduqları bildirilir.

Şəhərin “Dom oborona” rayonunda mayın 13-də gecə baş vermiş atışma yaxınlıqdakı videoüşahidə kameraları tərəfindən qeydə alınıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, silahlılar Tümenə Noyabrks şəhərindən gəliblər. Onların arasındakı münaqişə Tümen bazarlarına nəzarət uğrunda başlayıb. (Virtualaz.org)

Şahidlər deyiblər ki, əvvəlcə “razborka” iştirakçıları bir-birlərinə dəyənək və bıçaqlarla hücum ediblər. Daha sonra tapançalar işə düşüb. Onlardan biri-33 yaşlı azərbaycanlı çoxsaylı xəsarətlərlə Tümen xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriib. Münaqişə iştirakçılarının kimlikləri artıq müəyyən edilib, amma adları açıqlanmır. Yerli İstintaq Komitəsi şahidlərdən bu şəxslər barədə informasiyaları çatdırmağı xahiş edib.

Həmçinin oxuyun

Keçmiş nazir işçilərin dərman pulunu fermasına xərcləyib

Naxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədov 2015-2017-ci illərdə, cəmi 2 il ərzində …