Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Lotu Quli Ukraynanı da ələ keçirir – BİZNESMENLƏRLƏ KRİMİNAL İTTİFAQ

Lotu Quli Ukraynanı da ələ keçirir – BİZNESMENLƏRLƏ KRİMİNAL İTTİFAQ

Lotu Quli öz emissarlarını Ukraynaya göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, onlar Ukraynada azərbaycanlılara məxsus restoran, kafe, ticarət mərkəzlərinin sahiblərinə Qulinin salamlarını çatdırır və onun himayəsini təklif edirlər.

Məlumata görə, Lotu Qulinin Ukraynadakı əsas dəstəkçisi isə yerli oliqarx Vaqif Əliyev və “Oleq Bakinski” ləqəbli Oleq Krapivindir. Xəbərdə o da deyilir ki, Ukraynada Quliyə müqavimət göstərəcək kriminal avtoritet qalmayıb. Tanınmış ukraynalı qanuni oğrular Serqey Lısenko (“Lera Sumskoy”) Moskvada yaşayır, Andrey Nedzelski (“Nedelya”) Ukraynaya qayıtmağa qorxur, Serqo Qlonti (“Quqa”) isə deportasiya edilib. Ona görə də Ukraynanı, necə deyərlər, fəth etmək Quli-Əliyev-Bakinski üçlüyü üçün çətin olmayacaq.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …