Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Kriminal / Lotu Quli üçün müharibə qaçılmazdır

Lotu Quli üçün müharibə qaçılmazdır

Azad olundu və gəmidən bala düşdü. Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) hazırkı vəziyyətini belə qiymətləndirmək olar.

Səlifov üçün Moskva bazarına nəzarət üstündə yaranmış müharibə qaçılmazdır.

Bu barədə Oxu.Az-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

Mənbənin məlumatına görə, Quli cəzaçəkmə müəssisəsində olduğu müddətdə, o tam təhlükəsizlikdə olub.

Xatırladaq ki, Lotu Quli 1996-cı həbs olunub və 22 il dəmir barmaqlıqlar arasında cəzasını çəkib. 2017-ci ilin oktyabrın 24-də isə azadlığa buraxılan “qanuni oğru” Türkiyəyə yollanıb.

“Həbsxanada o müdafiə altında idi. Hazırda isə onun həyatı üçün daha çıx təhlükələr yaranıb” – deyə mənbə bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskvada, azərbaycanlı biznesmenlərin də iştirak etdiyi insident baş verib. Belə ki, kriminal avtoritet Əziz Batukayev, Qulinin nəzarətində olan üç Moskva bazarını öz nüfuz dairəsi altına keçirməyi planlaşdırıb.

Lakin Rusiya KİV-nin yaydığı məlumat həqiqəti əks etdirmir.

“Onlar yazırlar ki, bu bazarlar Quliyə mərhum Rövşan Lənkaranskinin qardaşı “Zayka” ləqəbi ilə tanınan Zaur Əliyevdən miras qalıb. Amma qeyd etmək lazımdır ki, Zaur Əliyevin bu bazarlarla bağlı heç bir əlaqəsi olmayıb” deyə mənbə əlavə edib.

Qeyd edək ki, Əziz Batukayevin adamları, azərbaycanlıları çeçenlərə rüşvət ödəməyi məcbur etmək istəyib. Bu barədə məlumat alan Səlifov bildirib ki, Batukayev, bu hərəkətlə onun üçün ağır nəticələrə səbəb ola biləcək səhv edir.

2017-ci ildə növbəti dəfə azadlığa çıxan Batukayevin özü isə Çeçenistandadır və bütün rəqiblərini “razborka” üçün Qroznı şəhərinə dəvət edir. Bu isə bütün kriminal aləminin gülüşünə səbəb olub. Çünki evdə oturaraq qəhrəman olmaq asandır…

Mənbə həmçinin bildirir ki, Nadir Səlifov və adamlarının, azərbaycanlı iş adamı Qod Nissanovun sahibi olduğu “Food City” ticarət mərkəzində fəaliyyət göstərən ticarətçilərini ələ keçirmək istəyi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir.

Həmçinin oxuyun

Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi

Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …