Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Lotu Quli” üçün İstanbulda təmtəraqlı mərasim təşkil olunacaq – Özəl gün

“Lotu Quli” üçün İstanbulda təmtəraqlı mərasim təşkil olunacaq – Özəl gün

Hazırda İstanbulda yaşayan azərbaycanlı “qanuni oğru” “Lotu Quli” ləqəbilə tanınan Nadir Səlifov üçün sabah böyük mərasim təşkil olunacaq.

BakuPost xəbər verir ki, sabah 46 yaşı tamam olacaq kriminal avtoritetin özəl gününə dünyanın dörd bir yanından adamlar toplaşacaq. Yüksək səviyyədə hazırlıq görülən mərasimdə iştirak üçün Azərbaycandan da bir neçə şou-biznes nümayəndəsinin dəvət edildiyi bildirilir.

Bu, N. Səlifovun 22 il sonra azadlıqda qeyd edəcəyi ilk doğum günüdür.

Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – ötən il Apellyasiya Məhkəməsində Səlifovun işinə baxılıb və vaxtından əvvəl azadlığa buraxılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …