Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / “Lotu Quli” Türkiyəni tərk edib, Dubaya yerləşdi

“Lotu Quli” Türkiyəni tərk edib, Dubaya yerləşdi

Qanuni oğru Nadir Səlifov (“Lotu Quli”) Dubaya köçüb və bundan sonra fəaliyyətini oradan davam etdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın rosbalt.ru saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Səlifov ora köçməkdə məqsədi özünü başda Rusiya olmaqla müxtəlif ölkələrin təhlükəsizlik orqanlarının müdaxiləsindən qorumaqdı. Çünki Rusiyada müstəntiqlər onu sorğu-sual etmək istəyirlər. 
Qeyd edək ki, azadlıqğa çıxdıqdan sonra Türkiyədə gedən qanuni oğru bir müddət Dubayda qalmağı planlaşdırır.
Səlifovun Rusiya Federasiyasında fəaliyyət göstərən qruplarının nəzarət mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşib. Bildirilir ki, “Lotu Quli” demək olar hər gün internet vasitəsilə həmin qruplarla əlaqə saxlayır və öz tapşırıqlarını verir.
Mənbənin dediyinə görə son zamanlarda “Lotu Quli”nin nümayəndələri Rusiyada görülməmiş fəaliyyətlərə başlayıblar və əməliyyatçılar onları tutmağa çalışır. Qulinin Dolqoprudnıy və Moskvadakı elçiləri saxlanılıb, Sverdlovsk və digər bölgələrdəki fəaliyyətlər haqqında məlumatlar əldə edilib.
Əslində daha öncə qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda öldürülüb) nəzarətində olan bütün bazarlar və kommersiya obyektlərinin idarəsi tam Səlifovun nəzarətinə keçib. Digər azərbaycanlı avtoritetlər onunla mübahisə etməməyi üstün tuturlar. Müxalif tərəfdə isə təkcə Rövşənin yaxın qoyumu Zaur qalıb. O, yaxın zamanlara qədər Moskvada olurdu. Lakin bildirilir ki, Səlifovun adamları ilə mübarizə apara bilməyəcəyini anladıqdan sonra aradan çəkilib. Mənbələrin sözlərinə görə, buna baxmayaraq o, müntəzəm olaraq Moskvada onunla danışmaq istəyən avtoritetlərlə əlaqə saxlayır və müəyyən hadisələr barədə məlumat verir.
Xatırladaq ki, Quli 2018-ci ilin oktyabrlında Türkiyədə olarkən saxlanılmışdı. O vaxtdan bəri Rusiya Səlifovun verilməsi üçün İnterpol xətti ilə 2 dəfə müraciət etmişdi, lakin Türkiyə tərəfi bu müraciətlərə cavab verməmişdi. Həmin vaxt Quli Azərbaycana deportasiya edilmişdi. Lakin Səlifov burada uzun müddət qalmayıb və BƏƏ-dən nəzarət etməyin daha uyğun ola biləcəyi qənaətinə gəlib.

Həmçinin oxuyun

Ana özünü körpəsini parçalayan itin qarşısına atdı – Azərbaycanda DƏHŞƏT

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib.Azinforum.az sputnik.az-a istinadla …