Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / “Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.

Azinforum.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.

Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.

Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.

Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.

Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …