Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / “Lotu Quli” barəsində deport qərarı çıxarıldı

“Lotu Quli” barəsində deport qərarı çıxarıldı

Bir neçə gün əvvəl İstanbulda polis tərəfindən saxlanılan “Lotu Quli” ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifov hələ də azadlığa buraxılmayıb.

Bu barədə Open.az-a qanuni oğruya yaxın olan mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, Nadir Səlifov İstanbulda miqarantların müvəqqəti saxlanma yerində saxlanılır: “Onun barəsində deport qərarı verilib. Lakin Nadir Səlifovun Rusiya və bir neçə digər ölkə tərəfindən interpol xətti ilə axtarışa verilməsi onun Türkiyədən çıxarılmasının qarşısını alır. Hər gün yaxınlarına yaxşı olacağı, bu gün buraxılacağı vədi verilsə də hələlik Nadir Səlifov azadlığa buraxılmayıb”.

Mənbə onu da qeyd edir ki, “Lotu Quli” Azərbaycana da deportasiya edilə bilər: “Deport qərarı dəyişdirilməsə, Nadir Səlifov Azərbaycana ekstradisiya ediləcək. Çünki “Quli” həbsxanada yatdığı zaman Azərbaycan vətəndaşlığını alıb. Hazırda bu istiqamətdə işlər aparılır”.

Qeyd edək ki, Nadir Səlifov oktyabrın 9-da İstanbulda həbs edilib. O, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Türkiyə mətbuatında yayılan məlumatlara görə, N.Səlifovun telefonla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …