Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Kriminal / Los-Anceles polisi konsulluğumuza hücum edən ermənini axtarır

Los-Anceles polisi konsulluğumuza hücum edən ermənini axtarır

Ötən ayın bu günləri Ermənistan-Azərbaycan sərhədinin Tovuz-Tavuş nahiyəsində hərbi eskalasiyasının artması ilə əlaqədar olaraq dünyanın bir çox ölkələrində, ayrı-ayrı şəhərlərdə erməni və azərbaycanlı icmalar arasında da gərginlik yaşandı. 

Bunlardan ən şiddətlisi ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində oldu. 4 minə yaxın erməni 40-50 nəfərlik azərbaycanlı qrupa hücum edərək 7 nəfərə bədən xəsarəti yetirdilər və qaçıb gizləndilər. 

O vaxtdan bəri bu şiddət aksiyasında əli olanları axtardığını bildirən Los-Anceles polisinin verdiyi xəbərə görə, şəkildə görünən bu şəxs Azərbaycanın Brentvuddakı konsulluğuna və azərbaycanlılara hücum edənlərin arasında olub və fəallıq göstərib. 

Şəhər polisi əhaliyə müraciət edərək bu şəxsin tapılması üçün kömək göstərməyi xahiş edir (https://losangeles.cbslocal.com/2020/08/12/man-wanted-assault-armenian-protest-azerbaijani-consulate/).

Musavat.com

Həmçinin oxuyun

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

Xəzər rayon məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində həbs qətimkan …