Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollar boşanma pulu tələb edir

London məhkəməsi azərbaycanlı milyarderdən yarım milyard dollar boşanma pulu tələb edir

“The Telegraph” yazır ki, rusiyalı milyarder London məhkəməsinin boşanma işi üzrə hökmünə uyğun olaraq keçmiş arvadına çatası 453 milyon funt sterlinqin (643 milyon dollar) bir pensini də ödəməyib.

London məhkəməsi sərvəti bir milyard funt sterlinqdən çox olan Fərhad Əhmədovun səhmlərinin 41, 5 faizinin onun arvadı Tatyana Əhmədovaya verilməsi barədə hökm çıxarıb.

Bu işə London Ali Məhkəməsinin Ailə Bölümü baxırdı.

Hakim Haddon-Cave-in bu iş üzrə çıxardığı hökm məhkəmənin internet saytında dərc olunub.

Hökmə görə hazırda 40 yaşlarında olan Tatyana Əhmədova İngiltərə məhkəməsinin tarixində rekord məbləğdə təzminat almalı idi.

Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır.

Image result for əhmədov tatyana

Xanım Əhmədovanı müdafiə edən vəkillər qrupunun başçısı Hodge Malek hakimlər lord James Munby, lord Lewison və ledi King-ə bildirib ki, cənab Əhmədov arvadına çatacaq təzminatın bir qəpiyini də ödəməyib.

“Məhkəmənin qərarı ilə 453 milyon 576 min 152 funt sterlinq almalı olan Əhmədova Britaniyadakı kiçik aktivlərdən başqa heç nə ala bilməyib” – vəkil deyib.

Vəkil əlavə edib ki, Fərhad Əhmədov “məhkəməyə açıq şəkildə hörmətsizlik nümayiş etdirir”.

Cənab Malek hakimlərə bunu da deyib ki, Fərhad Əhmədovun “gizli aktivləri” var.

Vəkil iddia edib ki, London məhkəməsində proses başlanmazdan bir ay əvvəl Əhmədov dəyəri 90 milyon funt sterlinq olan müasir incənət kolleksiyasını İsveçrədən Lixtenşteynə transfer edib.

20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey əyalətindəki mülkdə yaşayırdılar.

Image result for əhmədov tatyana

“The Telegraph” bu məqalə ilə yanaşı London məhkəməsində baxılmış ulduz boşanmalarının diaqramını dərc edib. Bu diaqramda boşananların adları, tarix və ödənmiş təzminatın məbləği göstərilib. Təzminatı ödəyən tərəfin asdı əvvəl gəlir:

“The Independent” yazır ki, ABŞ-da pornoulduz Stormy Daniels özü ilə Donald Trump arasında yer almış macəranı danmasını inkar edib.

O 2011-ci ildə verdiyi müsahibədə bildirmişdi ki, indiki ABŞ prezidenti ilə 2006-cı ildə seksual münasibətdə olub. 38 yaşlı porno aktrisası bildirib ki, həmin vaxt Trump üçüncü arvadı Melania ilə təzəcə evlənmişdi.

Lakin ötən çərşənbə axşamı xanım Daniels-in vəkili tərəfindən açıqlanmış bəyanatda onun adından belə bir hadisənin baş verdiyini inkar edilirdi.

“Son bir neçə həftə ərzində məndən dəfələrlə Donald Trump-la aramda baş verdiyi iddia edilən seks münasibətləri barədə soruşulub, -bəyanatda deyilir, – Məsələ burasındadır ki, bu iddiada adı çəkilən hər iki tərəf belə bir münasibətlərin olduğunu 2006, 2011, 2016 və 2017-ci ildə inkar edib”.

“Mən bu iddiaları ona görə inkar etmirəm ki, mənə susmağım üçün pul verilib. Ona görə inkar edirəm ki, belə bir münasibətlər olmayıb” -aktrisanın vəkili onun adından bildirib.

O vaxt vəkil bu bəyanatın əsli ilə düz olduğunu bəyan etmişdi.

Lakin indi gözlənilmədən Amerikanın “Jimmy Kimmel Live!” teleşousunda xanım Daniels deyib ki, vəkilin haqqında danışdığı sənəddən xəbəri yoxdur.

Image result for əhmədov tatyana

Maraqlıdır ki, Daniels-lə bu müsahibə efirə Trump-ın Konqres qarşısında illik nitqini etməsindən bir qədər sonra verilib.

Jimmy Kimmel proqramın gedişində deyib ki, müxtəlif tarixlərdə yazılmış bəyanatların altındakı imzaların görünüşü fərqlidir. Şoumen daha sonra Daniels-dən soruşub: “Siz bu sənədi imzalamısınızmı?”

“Bilmirəm, hardan bilim?” – deyib aktrisa.

“Bir dəqiqə. Bunu siz dediniz, düzdür?” – deyə sual edib Kimmel.

“İmza mənim imzama bənzəmir” – deyə cavab verib Daniels.

“Siz deyirsiniz ki, imza sizinkinə oxşamır, -Kimmel deyib, – Yəni demək istəyirsiniz ki, bu məktub sizin razılığınız olmadan yazılıb və açıqlanıb?”

Daniels bu məqamda cavab verməyib.

Bundan sonra aktrisadan bu məktubun haradan ortalığa çıxması soruşulub.

“Mən bilmirəm. İnternetdən gəlib…”

“Deməli sizin bu məktubdan xəbəriniz yoxdur” – deyə Kimmel bir daha soruşub.

“İnternetdə yazırlar ki, mən FTB-yə işləyirəm, -Daniels deyib, – Yazırlar ki, guya mən qadın yox, kişiyəm”.

Trump-ın şəxsi vəkili Michael Cohen belə bir seksual əlaqənin olduğunu təkzib edir.

Bu ayın əvvəllərində “The Wall Street Journal” qəzeti yazmışdı ki, cənab Cohen, susmasının müqabilində Daniels-ə 130 min dollar ödəyib. Bu hadisə 2016-cı ildə seçkiyə bir ay qalmış baş verib.

Cohen Daniels-ə pul verməsini də danır (BBC).

http://www.bbc.com/azeri/international-42900073

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …