Ana səhifə / Kriminal / “Lizinq şirkətlərinin yarıdan çoxu real fəaliyyət göstərmir” – SƏDR

“Lizinq şirkətlərinin yarıdan çoxu real fəaliyyət göstərmir” – SƏDR

Azərbaycanda 30-dan çox lizinq şirkəti rəsmən qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov bildirib.

Onun sözlərinə görə, 2015-ci ilin yekununda lizinq şirkətlərinin borc portfelinin ümumi məbləği 340 mln. manat təşkil edib. Bu isə 2003-cü illə müqayisədə 90 dəfə artım deməkdir.

Bununla belə, ALŞA rəhbəri qeyd edib ki, lizinq şirkətlərinin yarısından azı real fəaliyyət göstərir: “Azərbaycanın ümumi daxili məhsulunda lizinq sektorunun payı 0,55%, əsas kapitala investisiyalarda təxminən 1,9%-dir və bu da müasir ölçülərə görə çox cüzidir. Halbuki, ALŞA ölkənin lizinq bazarının potensialını 2 mlrd. manat məbləğində qiymətləndirir”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın