Cümə , Yanvar 22 2021
Ana səhifə / Kriminal / Leyla Şıxlinskayanın məktubu qəbul edilmədi: O, məhkəməyə gəlməlidir

Leyla Şıxlinskayanın məktubu qəbul edilmədi: O, məhkəməyə gəlməlidir

Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində Səbuhi Sadıqov şahid qismində ifadə verib. S.Sadıqov klinikada cərrah işlədiyini söyləyib. O, klinikada aparılan araşdırmalar zamanı dindirildiyini söyləyib. S.Sadıqov maaşı nağd şəkildə mühasibatlıqdan aldığını deyib. Şahid 2013-cü ildə klinikadan ayrıldığını qeyd edib.

Digər şahid isə Nigar Əlizadə olub. O, klinikada mama-ginekoloq olaraq çalışdığını və maaşı nağd şəkildə, mühasibatlıqdan aldığını söyləyib. N.Əlizadə maaşdan əlavə görülən işə görə də faiz aldığını deyib.

Prosesdə məlum olub ki, Leyla Şıxlınskaya məhkəməyə məktub göndərərək işlə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirib. Amma hakim bildirib ki, bu müraciət qəbul edilmir və növbəti dəfə bildiriş göndərilərək Leyla Şıxlinskaya məhkəməyə dəvət ediləcək.

Məhkəmə aprelin 13-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva var.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxlinskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan odur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi. Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …