Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Leyla Şıxlinskayanın işində əlavə ekspertiza təyin edilib

Leyla Şıxlinskayanın işində əlavə ekspertiza təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla AbbasovaSəkinə QasımovaAytən HüseynovaMədinə HüseyevaYelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əbülfəz Kazımov vəsatət qaldıraraq, əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyib:

“Leyla Şıxlinskaya müdafiə etdiyim şəxslərdən zərərlə bağlı 56 min manatı qəbul etmir. Buna görə xahiş edirəm ki, dəymiş ziyan bir daha dəqiqləşdirilsin. Çünki klinikada vaxtaşırı kampaniya xarakterli endirimlər həyata keçirilirdi, buna görə də göstərilən tibbi xidmətlərin qiymətləri aşağı salınırdı. Bu hallar əvvəlki ekspertiza zamanı nəzərə alınmırdı”.

Məhkəmə verilən vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. (Oxu.az)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …