Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

Leyla Şıxliniskayanın işçiləri özünü günahsız hesab edir- mənimsəmə işi

Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda vergidən yayınmaqda ittiham edilirlər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyib. Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər arasında klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …