Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Leyla Şıxliniskayanın başı yenə dərddə- 8 milyonluq vergidən yayınma

Leyla Şıxliniskayanın başı yenə dərddə- 8 milyonluq vergidən yayınma

Leyla Şıxliniskayanın klinikasında 8 milyonluq vergidən yayınmaya görə cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, “Leyla Şıxliniskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin 8 milyon manata yaxın vergidən yayınma halı müəyyən edilib.

Bu iş üzrə açılan cinayət işi üzrə Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, klinikada yoxlamalar Leyla Şıxliniskayanən öz işçilərindən şikayətindən sonra başlayıb.

Belə ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində klinikanın 6 əməkdaşı hakim qarşısına çıxarılır.

Onlar klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır.

Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxliniskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilmişdi.

Bu ittihamı da Leyla Şıxlinskaya rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü. İşçiləri Leyla Şıxliniskayanın şər və böhtanı ilə həbs edildimlərini deyirlər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

L.Şıxliniskaya öz işçilərindən şikayətçi olduğu zaman klinikada vergidən yayınma halarının olduğu üzə çıxıb. Klinika əməkdaşlarının ifadələri əsasında ayrı cinayət işi açılıb.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …