Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Leyla Məmmədzadə qalmaqallı holdinqi tərk etdi

Leyla Məmmədzadə qalmaqallı holdinqi tərk etdi

Rusiya mətbuatı xəbər verir ki, Leyla Məmmədzadə “Summa” şirkətlər qrupunda baş direktor vəzifəsini tərk edib. Hazırda həmin post Aleksandr Xonkinə məxsusdur.

Daha öncə Leyla Məmmədzadə “Summa” holdinqinin həmtəsisçiləri – Ziyavuddin Maqomedov və onun qardaşı Maqomed Maqomedovla birliksə saxlanılmışdı. Onun vəkili bildirirdi ki, 2,5 milyard rubl vəsaitin oğurlanmasında şübhəli bilinən cinayətkar dəstənin güman edilən təşkilatçıları barəsində başlanmış cinayət işində Məmmədzadənin adı keçmir.

“Summa”nın rəhbərliyində dəyişikliklər “qrup qarşısında son aylarda duran çağırışlarla” əlaqələndirilir. Bununla bağlı Leyla Məmmədzadə və rəhbərliyin bəzi digər şəxsləri öz işlərini digər rəhbər strukturlarda davam etdirəcəklər.

Xatırladaq ki, 2018-ci ilin mart ayında Rusiya FTX və DİN Moskvada, Moskva vilayətində, Kalininqradda və ölkənin digər 170 ünvanında iri miqyaslı axtarış işləri aparıb. Axtarış zamanı vacib sənədlər götürülüb: bu zaman götürülmüş sənədlərin o zaman Kalininqradda tikintisi aparılan “Arena Baltika” stadionunun inşaat işlərində “Summa”nın törəmə şirkəti tərəfindən 300 milyon rublun oğurlanması ilə bağlı cinayət işinə də aidiyyatı ola bilər. Həmin tikintidə baş podratçı milyarder Araz Ağalarovun “Crocus Group” şirkəti idi.

Ziyavuddin Maqomedov

Xüsusilə iri məbləğdə dələduzluqla bağlı cinayət işində Novorossiysk dəniz ticarət limanı ilə bağlı da bir neçə epizod var ki, bu da “Summa” qrupunun ən qiymətli aktivlərindən biridir.

42 yaşlı Leyla Rafaelovna Kantoroviç-Məmmədzadə Bakıda anadan olub. Maliyyə və neft işi sahəsində təhsilini ABŞ-da alıb. ABŞ-da, Böyük Britaniyada və Niderlandda yaşayıb. Bəzi mənbələrə görə, “Summa” holdinqinin səhmlərinin 20%-i Leyla Məmmədadəyə məxsusdur. (Virtualaz.org)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …