Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Lerikdə qayınata kürəkənini öldürərək meşədə basdırdı

Lerikdə qayınata kürəkənini öldürərək meşədə basdırdı

Lerik rayonunda qətl hadisəsi baş verib.

Hadisə iyul ayının 20-də günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb.

Əslən Lerikdən olan, Bakının Xətai rayon sakinləri, 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni – 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib. O, meyiti yandıraraq meşədə dəfn edib və paytaxta qayıdıb.

Hadisədən 2 gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.

Bu gün axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Əkbər Nuriyev 3 ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədi onu öldürmək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. APA

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …