Bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunub. Onun intihar etdiyi bildirilir. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır. Azinforum.az vasitəsilə Baş Prokuror cənab Kamran Əliyevə videomüraciət edən mərhumun bacısı oğlu – İsmayılov Məhəbbət işin obyektiv aparılması üçün nəzarətin gücləndirilməsini xahiş edib. Həmin videomüraciəti təqdim edirik:
Azinforum.az videomüraciətdə adı çəkilən Zamanov Elgün İntiqam oğlu ilə əlaqə saxlayıb, barəsində səslənən fikirlərə aydınlıq gətirməsini xahiş edib. O, Azinforum.az-a bildirib ki, bu barədə ona müxtəlif media qurumlarından çoxsaylı müraciətlər olsa da, heç nə danışmayıb: “Yalnız onu deyə bilərəm ki, bu işlə bağlı istintaq gedir. Mən inanıram ki, sonda bu məsələyə ədalətli hüquqi qərar veriləcək. Dövlətimə güvənirəm”.
Azinforum.az