Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Kriminal / Lənkəranskinin qətli ətrafında yeni xəbərlər

Lənkəranskinin qətli ətrafında yeni xəbərlər

Mənbə: “Canbulat Şamiloğlunu aradan götürüb qətli Rövşən Lənkəranskinin üzərinə  qoyublar”

Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki, Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər. Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib.

Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün “qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub.Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.

Xatırladılır ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Canpoladın qohumları və “həmkar”ları öz təhqiqatları nəticəsində elə həmin yekun qərara gəliblər və Canıyevə “qan qisası” elan edərək, ölüm hökmü çıxarıblar.

Canpolad Şamiloğlu ile ilgili görsel sonucu

“Yeni Müsavat” xatırladır ki, Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, “Slavyan bulvarı” ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. Bu xəbər əslində yeni deyil, bundan əvvəl də Rusiya KİV-ləri  Lənkəranskinin ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürüblər.

Bir müddət öncə isə Lənkəranskinin Canbulat Şamiloğlunun qətlində əli olması versiyası təkzib olunmuşdu.  Bildirilirdi ki,  Canbulat  Şamiloğlu  Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi və onun ətrafında hamı bilirdı ki, o, bu axına nəzarəti oğru aləmindəki bağlılığının köməyi ilə edir: “Bəli, Canıyev və Canbulat arasında münaqişə Moskva regionunun ən böyük topdansatış göyərti bazası üstündə başlamışdı. Həmin vaxt bu baza Lənkəranski və onun şəriki, qanuni oğru Levan Canqveladzeyə tabe idi. Bu bazaya furalarla gətirilən mallar, sonradan topdansatış qiymətləri ilə digər avtoritetlərə, həmçinin Canbulata tabe olan bazarlara dağıdılırdı.

Amma sonradan bu bazanı digər kriminal avtoritet – Vaqif Süleymanov da ələ keçirmək istədi. Canbulatla işbirliyinə girən Vaqif ”optovik”ləri öz tərəfinə çəkdi. Ona görə də 2016-cı ilin əvvəlində Canıyevə məxsus baza demək olar ki, boşaldı və topdansatışçılar Kaluqa şosesində yerləşən bazaya köç etdilər”,-deyə mənbə bildirib.(sputnik.az)

Mənbə həmçinin Rusiya hüquq-mühafizə orqanlarının versiyasını – Canbulatın Rövşənin sifarişi ilə öldürülməsi versiyasını birmənalı inkar edib. Onun sözlərinə görə, biznesmeni onun yerliləri – azərbaycanlılar, konkret olaraq, gəncəlilər aradan götürüblər və bu işdə əsas rollardan birini Rəşad İsmayılov (“qanuni oğru” Rəşad Gəncinski) oynayıb.

Canpolad Şamiloğlu ile ilgili görsel sonucu

“Bəli, Canbulatı Rövşən Canıyevin tərəfdarları cəzalandırdılar, amma bu, şəxsən Rövşənin sifarişi deyildi. Məsələ ondadır ki, Canbulat Rövşənin əleyhinə adi söz deyən adamları da maliyyələşdirirdi. Bu siyahıda Əlibala Həmidov (Qoca Yasamalski), Rəşad İsmayılov, Zaur Əliyevin (Zayka) adları var. 2010-cu ildə Moskvada avtoritet Miri Şamaxinskinin öldürülməsindən sonra Canbulat Rövşəni tənqid edənlərə hərtərəfli yardım edir və hər yerdə deyirdi ki, ”Mirini Lənkəranski öldürtdürüb””, – deyə mənbə bildirib.

Başqa bir məlumatlı mənbə də birinci mənbənin sözlərini təsdiq edərək, bildirib ki, Canbulatın ölümündə digərlərinin əli var: “Onlar Canıyevin biznesini ələ keçirmək istəyirdilər. Canıyevlə münaqişə onların işinə yaradı. Rusiya hüquq-mühafizə orqanları Canbulatın ölümündə günahkar olanları saxlayıblar. Onlar dəqiq sifarişçinin kim olduğunu bilirlər və bilə-bilə istiqaməti həyatda olmayan Canıyevə yönəldirlər. Təbii ki, Canıyev ölüb və artıq təhlükə mənbəyi deyil”.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …