Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Lənkəranskinin adamının həbs olunma səbəbi: məşhur avtoriteti öldürüb

Lənkəranskinin adamının həbs olunma səbəbi: məşhur avtoriteti öldürüb

Azərbaycanlı qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) rus mafiyasının keçmiş lideri Aslan Usoyanın(Ded Xasan) ölümündə ittiham olunur.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Teleqram” sosial şəbəkəsindəki “Mash” kanalı yayıb.
Teleqram” kanalı ələ keçirilən Beyləqanskiyə qarşı əməliyyatın Moskva polisinin yox, Federal Təhlükəsizlik Xidmətinin apardığını bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Talıbxanlının “Ağ Ev” restoranında saxlanıldığını bildirib.
Talıbxanlı mərhum qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından biri sayılırdı. Lənkəranskinin ölümündən sonra da Talıbxanlı ona xəyanət etməyib.
Bundan öncə Rusiya mətbuatı dəfələrlə Ded Xasanın ölümünün arxasında Rövşən Lənkəranskinin olması haqqında məlumat yayıb.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …