Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişləyib – Fotolar+Video

Lənkəranda quduzlaşmış itlər 9 nəfəri dişləyib – Fotolar+Video

Lənkəranda quduzlaşmış itlər sakinlərə hücum edib.

“ Azinforum.az ” ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Liman şəhərində baş verib.

Bildirilir ki, 9 nəfər it dişləməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Belə ki, 1999-cu il təvəllüdlü Kazımlı Tural Sadiq oğlu, 1974-cü il təvəllüdlü Muradov Tahir Vəlihəd oğlu, 1959-cu il təvəllüdlü Əkbərov Meysəm Ağakərim oğlu, habelə Həbibov Zahid Fərhad oğlu (1988), İsmayılova Nailə Abdulhəsən qızı (1957), Hüseynov Şakir Cənnət oğlu (1955), Aslanlı İsa Rövşən oğlu (1994), Məmmədov Əlifağa Ələkbər oğlu (2000) it dişləməsi diaqnozu ilə xəstəxanaya gətiriliblər. 

Daha bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …