Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Bu barədə yerli KİV-ə polkovnikin yaxınları məlumat veriblər.

Məlumata görə, yaşadığı Beylaqana qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə  həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirlər.

Polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb və həmin əməliyyat zamanı ağır yaralanıb.

Onu da qeyd edək ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 

15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdıb.

Qadir Vəlişov son vaxtlar Naxcıvanski adına Hərbi litseydə rəis müavini vəzifəsini tutub. Silahlı Qüvvələrdən 6 ay əvvəl tərxis olunub. Virtualaz.org 

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …