Şənbə , May 25 2019
Ana səhifə / Kriminal / Lənkəranskinin adamına hökm oxunub

Lənkəranskinin adamına hökm oxunub

Kriminal aləmə yaxınlığı ilə tanınan şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Bəhruz Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bəhruz Əsgərov özünü təqsirli bilmir və narkotik maddənin ona aid olmadığını deyib.

Məlumata görə, Bəhruz Əsgərov kriminal aləmə yaxın adamdır. Onun ötən il İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin tərəfdarı olduğu qeyd edilib. Bundan başqa Bəhruz Əsgərovun qardaşları da kriminal aləmin üzvüdür.

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …