Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın: Məntəqə sahibi və işçisi yaralandı

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın: Məntəqə sahibi və işçisi yaralandı

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

ARB TV xəbər verir ki, hadisə rayonun Separadi kəndində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb olunub və yanğının qarşısı alınıb.

Hadisə nəticəsində iki nəfər 2 və 3-cü dərəcəli yanıq xəsarəti alıb. Onlardan biri yanacaqdoldurma məntəqəsinin sahibi 46 yaşlı Çingiz Qubad oğlu Allahverdiyev, digəri isə məntəqənin işçisi 23 yaşlı Əbülfəz Əbülfət oğlu Məmmədovdur.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Çingiz Allahverdiyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …