Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Kriminal / Lənkəranda hadisə – Gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb

Lənkəranda hadisə – Gənc oğlan qayınatası tərəfindən bıçaqlanıb

Lənkəran şəhərində gənc qayınatası tərəfindən bıçaqlanıb.
“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boynunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda ağır qəza: Maşın səkidə dayanan kişiyə çırpıldı (FOTO)

Bakıda yol qəzası baş verib.  Azinforum.az “Report”a istinadən xəbər verir ki,  hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində qeydə alınıb.  …