Ana səhifə / Kriminal / Ləğv edilmiş 11 bankın müştərilərinə 747 milyon manatdan çox kompensasiya ödənilib – Fond

Ləğv edilmiş 11 bankın müştərilərinə 747 milyon manatdan çox kompensasiya ödənilib – Fond

Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə məlumatını açıqlayıb.

Fonddan “ verilən məlumata görə, ləğv prosesində olan QSC “Bank Standard” KB-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 596 mln. 499 min manat olmaqla onlardan 554 mln. 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 mln. 154 min manatı kompensasiya olunan əmanətlərdir. 25 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 mln. 643 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 99,2 %-i) və 3 mln. 510 min manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərin məbləği 3 mln. 550 min manat olmaqla onlardan 3 mln. 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 mln. 99 min manatı kompensasiya olunan əmanətlərdir. 25 avqust 2017-ci il tarixə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 mln. 837 min manatdan artıq kompensasiya ödənilmiş (ümumi kompensasiya öhdəliyinin 87,5 %-i) və 262 min 485 manat ödənilməmiş  kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 191 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 04 fevral 2017-ci il tarixində başa çatmış və bu tarixədək “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə  120 mln. 400 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti  01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 01 avqust 2017-ci il tarixində başa çatmışdır. Ümumilikdə “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72 mln. 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti  01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti  22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 mln. 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,8 %-i) kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 11 bank üzrə 747 milyon 832 min manatdan artıq kompensasiya   ödənilib.

Qeydedək ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun  28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın