Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Kütləvi şəkildə özəlləşdirmə nə ilə bağlıdır?

Kütləvi şəkildə özəlləşdirmə nə ilə bağlıdır?

Son aylar bir çox müəssisələr kütləvi şəkildə özəlləşdirməyə çıxarılır. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu il hərraclara 500-dən artıq dövlət obyektinin çıxarıldığını bildirib.

“Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödənişlər problemləri ilə bağlı məsələlər qaldırmışıq”,- deyə o, qeyd edib. O, xarici investorların hərraca maraq göstərdiyini də bildirib: “Bu problemlə bağlı borcların silinməsi və köhnə borcların təmizlənməsi, restruktrizasiya edilməsi ilə bağlı yeni təkliflər vermişik. Bu da özəlləşmədə yeni dövrün başlanmasına işarədir. Bu il keçirilən 10-dan artıq hərracda 500-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar”.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində kütləvi şəkildə özəlləşdirməyə çıxarılma doğru yanaşmadır: “Dövlət öz üzərində olan yükü maksimal dərəcədə atmalıdır. Həm də özəlləşmə vasitəsi ilə büdcə kəsirinin ödənilməsinə çalışmalıdır. Bu yanaşma doğru yanaşmadır. Çünki dövlətin nə qədər iqtisadiyyatdan çəkilməsi prosesi bsş verəcəksə, proseslər də o qədər uğurlu gedəcək. Həm də dövlət büdcəsindən maliyyələşmə kəsiləcək. Dövlətin balansında olan daşınar və daşınmaz əmlak, müəssisələr rentabelliyi aşağı olan müəssisələr idi. Dövlət büdcəsindən çox zaman dotasiya ilə fəaliyyət göstərirdi. Bu, büdcənin üzərinə kifayət qədər ağır bir yük kimi düşmüşdü.

Sadəcə, yolun özü doğru olsa da, yanaşmanın həyata keçirilməsində ciddi problemlər var. Problemlər də ondan ibarətdir ki, özəlləşmənin əsas məqsədi xarici investorların Azərbaycana gətirilməsi, real sektorun inkişafı və yeni iş yerlərinin yaradılması olmalıdır. Əslində əsas fəlsəfə bundan ibarət olmalıdır. Çox təəssüf ki, özəlləşdirilən müəssisələrin siyahısına baxdıqda, ümumiyyətlə, hərracların keçirilmə qaydalarına baxdıqda, görürük ki, xarici investorlar hələ ki, maraq göstərmirlər. Bunun da çox ciddi səbəbləri var. Özəlləşdirmədən öncə böyük özəlləşdirmə proqramlarının qəbulundan öncə investorlar üçün cəlbedici bir şərait yaradılmalıdır.

Sərmayəçilər üçün ölkədə anlaşılan dildə, anlaşılan qaydalar tətbiq olunmalıdır. Həm vergi orqanlarında, həm gömrük orqanlarında normal qaydalar qoyulmalıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının oyun qaydalarını qəbul etməli idi. Məhkəmə islahatları olmalı idi ki, investorlar üçün bu, çox önəmli məsələdir. Yəni bir çox sahələrdə açılımlar və addımlar olmalı idi ki, bu özəlləşmə ölkə iqtidadiyyatına ciddi şəkildə xeyir versin. Bütün proseslər daha ciddi şəkildə getsin. Amma təəssüf ki, bu, baş vermədi. Yanaşma özü doğrudur, iqtisadiyyatın dövlətsizləşməsi prosesi daha da sürətlə getməlidir. Amma bunun tətbiqi qaydalarında ciddi qüsurlar, ciddi problemlər var. Bunlar mütləq həll olunmalıdır”.

Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, özəlləşdirməyə çıxarılan müəssisələrin əksəriyyəti rentabelli deyil, bu səbəbdən də investor ona maraq göstərməyəcək: “Özəlləşdirmədə hərraca çxıarılan müəssisələrin əksəriyyəti cəlbedici deyil. Çoxunun səhm paketi çoxdan satılıb, yerdə qalan 30 faizin satışını həyata keçirmək istəyirlər. İnanmıram ki, investor ona maraq göstərsin. Bir səbəb ondan ibarətdir ki, səhm paketi artıq satılıb. İkinci səbəb ondan ibarətdir ki, bu müəssisələr iqtisadi cəhətdən rentabelli müəssisələr deyil. Bu baxımdan özəlləşdirməyə investor cəlb etmək mümkün deyil”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın