Bazar , Fevral 25 2024
Ana səhifə / Kriminal / “Kurtlar Vadisi” ilə tanınan məşhur iş adamı güllələndi

“Kurtlar Vadisi” ilə tanınan məşhur iş adamı güllələndi

Məşhur türkiyəli iş adamı Sərdar Sözbir İstanbulun Ataşehir rayonunda güllələnib.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, iş adamı restoranda yemək yedikdən sonra maşını ilə evə gedib. O, Ataşehir ətrafında bir nəfərin nəzarətsiz şəkildə ətrafa atəş açdığını görüb. Atəş açan şəxsə xəbərdarlıq edən iş adamı yaranan mübahisə zamanı güllələnib. Sükan arxasına keçən Sözbir 2 kilometr uzaqlıqdakı özəl xəstəxanaya gedib və orada reanimasiyaya yerləşdirilib.

Hazırda polis hadisə yerindən qaçan cinayətkarı axtarır.

Qeyd edək ki, iş adamı “Kurtlar Vadisi” və “Min bir gecə” kimi məşhur serialların çəkilişlərinin aparıldığı otelin hissələri ilə bağlı qardaşları arasında məhkəməsi ilə gündəmə gəlib.

Eyni zamanda, Sərdar Sözbir Zəfər Partiyasının qurucularındandır. Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda arvadı ilə birləşib qızını öldürdü

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 4 il əvvəl itkin düşmüş …