Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Küçədə öldürdüyü keçmiş arvadını bir müddətdir izləyirmiş…

Küçədə öldürdüyü keçmiş arvadını bir müddətdir izləyirmiş…

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.

Bildirilib ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.

Bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib.

Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

https://ok.ru/videoembed/3592045464170

Həmçinin oxuyun

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var…”

Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon …