Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Kriminal / Kriminal avtoritet “Həsən” belə tutuldu – VİDEO

Kriminal avtoritet “Həsən” belə tutuldu – VİDEO

Rusiya vətəndaşı olan çeçen cinayətkar Zaur Dombayev Ukraynada tutulub.
Bu barədə Ukrayna polisi məlumat yayıb. 56 yaşlı Dombayev kriminal aləmdə “Həsən” ləqəbi ilə tanınırdı. O, Ukrayna ərazisində qanunsuz olaraq yaşayırdı. Ukrayna polisi, həmçinin, Dombayevin mütəşəkkil cinayətkar qrupunun üzvü olduğunu bildirib.
O, Vışqorod şəhrində saxlanılıb. Saxlanıldıqdan sonra “Həsən” ölkədən deportasiya edilib və Kiyev- Moskva qatarı ilə Moskvaya göndərilib. Dombayevin 3 il müddətinə Ukrayna ərazisinə girişi qadağan edilib. Dombayev, ağır cinayətlər törədən cinayətkar qrupların fəaliyyətinə nəzarət etdirdi.
Onun Ukraynada bir çox cinayətkar dəstəsinin liderləri ilə münasibəti olduğu da müyyən edilib.(yenicag.az)

Həmçinin oxuyun

“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında …