Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Kriminal aləmin “Kritı Araz”ı- həbsxanada yaradılan dəstə və ittihamlar (Təfərrüat)

Kriminal aləmin “Kritı Araz”ı- həbsxanada yaradılan dəstə və ittihamlar (Təfərrüat)

Kriminal aləmdə “Kritı Araz” kimi tanınan Araz Fərəcov hakim qarşısına çıxarılıb. O, dəstə yaradaraq cinayət əməlləri törətməkdə itiham edilir. İttihama görə, o, cinayət əməlini həbsdə olarkən törədib.

Musavat.com xəbər verir ki, Araz Fərəcovla birlikdə dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Elşən Əliyev və Xəyyam Qurbanlı da hakim qarşısına çıxarılıb.

Bu iş üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Məhkəmədə prokuror ittiham aktını elan edib. Araz Fərəcov ittihamla özünü təqsirli bilməyib. Digər təqsirləndirilən şəxslər isə özlərini qismən təqsirli biliblər.

Araz Fərəcov sərbəst ifadəsində bildirib ki, bu işlə bağlı heç bir günahı yoxdur: “Mən həbsdə olanda DTX-da apardılar. İki ay orda məni saxladılar. Sonra aparıb sanksiya verdilər. Mən bu adamların heç birini tanımamışam. Heç kimdən pul tələb eləmişəm, heç kimdən pul alamışam. Dəstə da yaratmatmışam”.

Araz Fərəcov bildirib ki, yatdığı kamerada telefon tapılıb: “Ədliyədə Nazirliyindən axtarış gəldi. Kameranı yoxladılar. İki telefon və aksesuarlar tapılıb. Mən heç kimdən pul tələb eləməmişəm. Kim mənim haqqımda nə danışıb, “duxu” var ki, gəlib üzümə desin. Nədir, indi “srok”um qutarır deyə, gərək 15 il artırasınız?. Mənim günahım yoxdur”.

Hakimin “burda əyləşən şəxslərə oğurluğa getməyi, cinayət törətməyi göstəriş vermisinizmi?” sualına A.Fərəcov ” mən heç kimi tanımıram, gərək “srok”um bitəndə 15 il də yükləyəsiz?” cavabı verib.

Təqsirləndirilən Renad Zahirov Araz Fərəcovu tanımadığını, amma Vüqar Musayevlə birgə oğurluq etdiyini deyib.

Digər təqsirləndirilən Vüqar Musayev ifadəsində göstərib ki, yazıb-oxumağı bacarmır, savadı yoxdur: “Mən oğurluğu Renadla etmişəm. Amma bizə kimsə göstəriş verməyib. Arazı 2013-cü ildə həbsxanada cəza çəkən vaxtlardan tanımışam. Amma mən Arazın tapşırığı ilə heç yerə getməmişəm. Biz uşaq deyilik ki, kimsə göstəriş versin. Saatlıya da oğurluğa getmişəm. Evdə adam olduğuna görə qayıdıb gəldik. Binədəki oğurluğa da Renadla getmişəm. Oradan qızıl-zinət əşyaları götürmüşük. Ümumi dəyəri 300-400 manat olardı”.

Təqsirləndirilən Namiq Babayev ifadəsində heç bir oğurluq hadisəsində iştirak etmədiyini, yalnız taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyib: “Vüqarla dost olmuşuq. Birlikdə məşqə getmişik. Birgə iş qurmaq niyyətimiz vardı. Vüqar da idmançıdır. Mən özüm firma rəhbəri olmuşam, əvvəllər dizayner işləmişəm. Son vaxtlar isə işlərimiz zəifləmişdi. Ona görə də sürücülük edirdim. Vüqargili öz maşınımla Binəyə aparmışam. Mənim onların nə işlə məşğul olduqlarından məlumatım olmayıb”.

A.Fərəcovla eyni kamerada cəza çəkən Elməddin Şahbazov da ittihamlarla razılaşmayıb.

Oğurluq hadisələrinin onların təşkilatçılığı ilə törədilmədiyini deyib.

Təqsirləndirilən Elşən Əliyev ifadəsində göstərib ki, maşından tapılan silahın ona aidiyyatı olmayıb. Həmin silah distuna məxsus olub: “Vüqar mənim dostumdur. Vüqarla birlikdə Binəyə getmişik. Oğurluğa aidiyyatım olmayıb. Polis maşını saxlayıb yük yerində lingi görəndə dedim ki, usta maşınıdır”.

Prokurorun “sən “razborka” işlərinə baxırsan?” sualına Elçən Əliyev “xeyr, mən təsadüfən orada olmuşam, heç nədən xəbərim olmayıb” cavabını verib.

Xəyyam Qurbanlı ifadəsində zərərçəkmiş Zemfira Qədirovanın anasının qohumu olduğunu deyib: “Burda heç kimi tanımıram, bircə Vüqarı tanımışam. Bir dəfə gedib evin yerini göstərmişəm. Səhv hərəkət etmişəm. Zenfira anamın xalası qızı olub”.

Zərərçəkmiş Zenfira Qədirova ifadəsində qohumundan şikayətçi olmadığını deyib: “Oğlum onkoloji xəstədir. Bu uşaqların hamısına Allah ruzi versin, onun-bunun qapısına göz dikməsinlər”.

Məhkəmə prosesi martın 9-da davam edəcək.

İtthama görə, 8 saylı cəzaçəkmə məntəqəsində cəza çəkən Araz Fərəcov mütəşəkkil dəstəyə rəhbərlik edib. Dəstə üzvləri oğurluq, quldurluq və s. cinayətlərdə ittiham ediliblər.

Dəstə üzvləri – Vüqar Musayev, Renad Zahirov və Namiq Babayev ötən il aprelin 14-də DTX-nin əməliyyatı zamanı saxlanılıb.

İstintaqla müəyyən edilib ki Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisənin cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.

Dəstə üzvləri Bakıda bə bölgələrdə yayayış yerlərinə talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

İttihama görə, Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …