Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Kreditorlar banklardakı dollarlarını geri çəkərsə… – Açıqlama

Kreditorlar banklardakı dollarlarını geri çəkərsə… – Açıqlama

Kreditorlar öz vəsaitlərini geri istəsələr, bankların sərəncamındakı vəsait tələbatı tam şəkildə qarşılamağa yetməyə bilər.

Bu ilin mayından bəri Azərbaycandakı kommersiya banklarının xarici valyuta öhdəlikləri onların xarici valyutada yerləşdirilmiş aktivlərini yenidən üstələməyə başlayıb. Kreditorlar öz vəsaitlərini geri istəsələr, bankların sərəncamındakı vəsait tələbatı tam şəkildə qarşılamağa yetməyə bilər.

Xarici valyuta aktivləri «əriyib»

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) hesabatına görə, bu il noyabrın 1-nə kommersiya banklarının xalis valyuta balansı ayboyu 2,4 faiz artaraq, manat ifadəsində mənfi 2 milyard 692,3 milyon manata çatmışdı. Bir il əvvəllə müqayisədə isə bankların xarici valyuta ödənişləri daha ciddi həcmdə – 2 dəfə böyüyüb. Kommersiya banklarının valyuta öhdəlikləri ötən il noyabrın əvvəlinə nisbətdə 86 milyon manat artıb. Di gəl, eyni dövrdə xarici valyuta aktivləri 1 milyard 67 milyon manat «əriyib».

Ekspert: «Bu, təhlükəli meyl ola bilər»

İqtisadçı Cəbrayıl Vəliyevin fikrincə, aktivlərin öhdəlik və ya borclardan bir neçə dəfə az olması təhlükəli meyldir. Burada önəmli olan qısa və uzunmüddətli öhdəliklərin nisbətidir:

«Xarici valyuta öhdəlikləri uzunmüddətli deyilsə, bu, bankları «dar boğaza» sala və təhlükəyə ata bilər. Üstəlik, aktivlərin özü «zəhərlidirsə» (problemli kreditlər nəzərdə tutulur – red.), daha pis. Aktivlərin gətirdiyi gəlir bankın öhdəlikləri üçün ödəniləcək faizi qarşılayırsa, demək, onun ödəmə qabiliyyəti normaldır. Bunun əksi bankın təhlükəli zolağa düşməsindən xəbər verir».

AMB xarici valyuta öhdəliklərinin qısa və uzunmüddətli dövr üzrə strukturunu, eləcə də xaricdən cəlb olunan vəsaitlərin həcmini açıqlamır. (Azadliq.org)

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın