Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Kreditlərlə bağlı qaydalar – DƏYİŞİR

Kreditlərlə bağlı qaydalar – DƏYİŞİR

Bankların xarici valyuta ilə kredit götürmüş şəxslərə edə biləcəyi güzəştlərin standart qaydaları hazırlanacaq. Yəni bundan sonra, məsələn, bir bank güzəşt olaraq bir faiz, digər bir bank isə başqa faiz dərəcəsi tətbiq edə bilməyəcək. Yaxud  hər hansı səbəbdən müqavilə şərtləri dəyişdirlərkən kreditin sonradan müəyyənləşdiriləcək qaytarılma müddəti də bütün müştərilər üçün eyni olacaq.
İqtisadçi ekspertlər bu addimın yaxın vaxtlarda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən atılacağını deyirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası bəyan edib ki, xarici valyuta ilə kreditlərin verilməsinə qoyulmuş qadağa bütün növ istehlak kreditlərinə şamil olunur. Bura kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı kreditlər də daxildir. Bu növ kreditlərin restrukturizasiya edilməsi, yəni müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi də qadağan olunub.
İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, qadağanın qüvvədə olduğu bir ay müddətində xarici valyutada olan kreditlərlə bağlı konkret təkliflərin hazırlanması və hər kəs üçün bərabər şərtlərin müəyyənləşdirilməsi gözlənilir.
İndiyə qədər bəzi banklar dollarla kredit götürmüş müştərilərinə müəyyən güzəştlər ediblər. Mayın 5-dək belə güzəştlərə yol verilməyəcək.(Xəzər Xəbər)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın